7 Dekabr 2015 12:51
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq rəhbrliyi Rusiyanın Suriyada İŞİD terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlarla əlaqədar iki gün müddətinə hava məkanını bağlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə əlaqədar Türk, Peqasus və Atlasqlobal Hava Yolları şirkətləri də bu müddətdə İraq üzərindən həyata keçirəcəyi uçuşları təxirə salıb.

Rəsmi məlumatlara görə, hava məkanının bağlanmasına Rusiyanın Suriyaya atdığı raketlərin İraq üzərindən keçməsi və sərnişin təyyarələrinə təhlükə törətməsidir.

Qeyd edək ki, noyabrın 23-25-də də oxşar hal yaşanmışdı.

Samir


Müəllif:

Oxşar xəbərlər