7 Dekabr 2015 16:41
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsəd PKK-nın Suriya qolu olan PYD-yə dəstək verdiklərini etiraf edib.

Teleqraf.com xəbər verir ki, İngiltərənin “Sandi Tayms” qəzetinə müsahibə verən Əsəd PYD-nin hökumət qüvvələri tərəfindən koordinasiya olunduğunu, onlara silah verildiyini deyib:

“Kürdlər bizimlə birgə terrorçulara qarşı döyüşür. Onları silah və digər vasitələrlə təmin edirik. Bu barədə əlimizdə sənədlər də var. Onlar Suriya vətəndaşlarıdır və terrorçularla mübarizə aparmaq istəyirlər. Eyni dəstəyi Suriyadakı bir çox qruplara veririk. Çünki ordunu ölkənin hər yerinə göndərə bilmirik”.

Samir


Müəllif:

Oxşar xəbərlər