Latviyanın baş naziri Laymdota Strauyma istefa verib.
Teleqraf.com-un məlumatına görə, baş nazir bildirib ki, indi ölkəyə yeni ideyalı və enerjili hökumət lazımdır.
Strauyma deyib ki, onun rəhbərliyi dövründə iki büdcə qəbul edilib və iqtisadi vəziyyət yaxşılaşıb. Amma indi başlananları davam elətdirmək üçün yeni ideyalar və yeni yanaşma lazımdır.
Prezident Raymond Veyonis onun istefasını qəbul edib.