İranda donuz qripindən ölənlərin sayı 42-ə çatıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İranın səhiyyə naziri Hazan Qazizadə Haşimi açıqlayıb.
Onun sözlərinə görə, ən gərgin vəziyyət Kirman əyalətində qeydə alınıb. Kirman xəstəxanalarına müraciət edən şəxslərdən 600 nəfərdə bu virus aşkar edilib.
Qeyd edək ki, ötən il İranda 89 nəfər donuz qripi virusunun qurbanı olub.
Samir