"İctimai asayişi pozmağa yönələn istənilən cəhdin qarşısı alınacaq".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan polisi aksiya iştirakçılarını xəbərdar edib.
Bildirilib ki, təhlükəsizlik orqanlarına son günlər Ermənistanda qarışıqlıq və polislə qarşıdurmalar yaratmaq niyyəti ilə bağlı çox sayda məlumatlar daxil olub: "Bəzi təşkilatlar ölkədə ictimail asayişi pozmağa yönələn tədbirlər üçün gənclər arasında fəal iş aparır. Polis bütün yollardan istifadə edərək, bu kimi cəhdlərin qarşısını alacaq. Biz adekvat cavab verəcəyik".
Samir