13 Dekabr 2015 11:41
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Suriyanın Xüms şəhərində baş verən terror aktı zamanı ölənlərin ailələrinə başsağlığı verib.


Axar.az xəbər verir ki, Departamentin nümayəndəsi Con Kirbi hadisə ilə bağlı İŞİD-i ittiham edib.

"Biz hücum zamanı ölənlərin yaxınlarına başsağlığı veririk. Bu hücum dəhşətin davam etdiyini göstərir", - Kirbi qeyd edib.

Qeyd edək ki, daha öncə Suriyanın Xüms şəhərinə Rusiya təyyarələrinin hücum etdiyi bildirilsə də, daha sonra İŞİD hadisənin məsuliyyətini öz üzərinə götürdü. Terror aktı zamanı 22 nəfər ölmüş, 140-a yaxını yaralanmışdı.


Müəllif:

Oxşar xəbərlər