5 İyun 2014 22:22
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Krımı Rusiyaya “hədiyyə” edib, eyni taleyi Donbas regionu da yaşaya bilər”.


Teleqraf.com bildirir ki, bu sözləri Ukraynanın ikinci prezidenti Leonid Kuçma İsveç-Ukrayna biznes forumundan əvvəl jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Leonid Kuçma Rusiyaya qarşı daha ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:

“Biz əvvəl elədiyimiz kimi qarşı tərəflə danışıqlar aparmamalıydıq. Əksinə, daha sərt və konkret tədbirlər görməliydik ki, qarşı tərəf oyunun bitdiyini başa düşsün. Biz Krımı əldən verəndə başa düşməliydik ki, növbəti hədəf Donbas olacaq. Bütün bunların arxasında kim durur? - hamımız gözəl bilirik. Krımı Rusiyaya hədiyyə edəndə fikirləşdilər ki, Rusiya bununla kifayətlənəcək və sakitləşəcək, lakin Rusiya heç vaxt sakitləşməyəcək, bu gün də bunun əyani şəkildə şahidi oluruq”. /axar/


Müəllif: