Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov Moskvanın “Azad Suriya Ordusu”na silah və sursat göndərməsini təsdiqləyib.
O deyib ki, Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan bu müxalif qrup indi hökumət qüvvələri ilə birlikdə “İslam Dövləti” terrorçularına qarşı mübarizə aparır.
Valeri Gerasimovun sözlərinə görə, “Azad Suriya Ordusu” hazırda hökumət qüvvələri ilə birlikdə Homs,Hama, Hələb və Raqqada birgə hücuma keçiblər.
O qeyd edib ki, Rusiya aviasiyası bunu dəstəkləmək üçün hər gün 30-40 zərbə endirir.