16 Dekabr 2015 13:31
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya İrəvan hökumətinin razılığı ilə Türkiyə-Ermənistan sərhədinə ordu göndərir".

Teleqraf.com xəbər verir ki, bu məlumat ərəbcə yayımlanan khabararmani.com erməni saytında yerləşdirilib.

Bildirilib ki, Rusiya prezidenti Vladimir Putinin bununla bağlı sərəncam imzalayıb. Məlumatlara görə, ümumilikdə 7 min rus əsgəri Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində yerləşdiriləcək: "Onlar raket və tanklarla təmin ediləcək. Suriyada və Ermənistanda yerləşdirilən raket sistemləri ilə Rusiya Türkiyə hava məkanının 85%-nə nəzarət edə biləcək. Bundan başqa rus əsgərlərinin bu bölgəyə göndərilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin manevr imkanlarını məhdudlaşdırmaq deməkdir. Yəni Azərbaycan və Ermənistan arasında baş verə biləcək hər hansı toqquşma zamanı Türkiyənin kömək göndərməsinin qarşısını alacaq".

Mələsə ilə bağlı rəsmi Moskva hələlik heç bir açıqlama verməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər