ABŞ prezidenti Barak Obama konqresdə "Hizbullah"ın maliyyə dəstəyini hədəf alan qanun layihəsini təsdiqləyib.
Musavat.com xəbər verir ki, Ağ Evdən verilən açıqlamada partiyaların ortaq qərarla razılaşdığı qanunun "Hizbullah"a qarşı təzyiqlərin çoxaldacağını və maliyyəsinin özəyini məhv edən planlar hazırlanacağını bildirib.
Açıqlamada: “ABŞ hökuməti qruplaşmanın maliyyə dəstəyini hədəf alaraq Hizbullahın terror fəaliyyətlərini məhv edəcək. Hizbullah üzvlərinin və dəstəkçilərinin fəaliyyətləri ilə mübarizə aparmaq üçün sanksiyalar tətbiq olunması kimi güclü addımlar atmağa davam edəcəyik" sözləri yer alıb.