22 Dekabr 2015 11:19
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Yaponiya ilə viza rejimini ləğv etməyə hazırdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Tokiodakı səfiri Yevqeni Afahanyev deyib.

Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı müzakirələr aparılır: "Rusiya Yaponiya ilə viza rejimini yumşaltmağa və onu tamamilə ləğv etməyə hazırdır. Biz bunun üzərində işləyirik. Güman edirəm ki, məsələ Vladimir Putinin bu ölkəyə səfəri zamanı öz həllini tapacaq".

Qeyd edək ki, Putinin Yaponiya səfərinin vaxtı hələlik açıqlanmır.

Samir


Müəllif:

Oxşar xəbərlər