24 Dekabr 2015 11:37
2 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ankara Su-24 qırıcısını vurduğuna görə Moskvadan üzr istəməlidir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Qırğızıstan prezidenti Almazbəy Atambayev deyib.

Onun sözlərinə görə, bu, hər iki ölkə üçün ən yaxşı variantdır: "Müharibə hər iki ölkə üçün pis nəticələnəcək. Hərdən dözmək lazımdır. Böhran hər iki ölkənin iqtsadiyyatına ciddi təsir edəcək. Buna görə Türkiyə üzr istəməlidir".

Atambayev bildirib ki, qırıcının vurulma qərarı doğru addım deyil: "Hətta Türkiyə tərəfinin dediyi kimi, qırıcı 17 saniyə sərhədi pozubsa belə, 20 il müddətində qurulan münasibətləri korlamağa yönəlik hər hansı qərar səhvdir".

Qeyd edək ki, noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus Su-24 qırıcısını vurması iki ölkə münasibətlərinin gərginləşməsinə səbəb olub.

Samir


Müəllif:

Oxşar xəbərlər