İran növbəti beş il ərzində Rusiyadan 450 sərnişin təyyarəsi almaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Tehran Tayms” qəzeti məlumat yayıb.
Xəbərə görə, alınacaq 400 təyyarə beynəlxalq, 50 təyyarə isə regional uçuşlarda istifadə olunacaq.
Xatırladaq ki, sonuncu dəfə belə böyük miqyaslı sifariş Sovet İttifaqı dağıldıqdan sonra baş vermişdi.