Türkiyənin Kocaeli vilayətinin Darıca rayonunda AKP–nin ofisinə molotov kokteyli atılıb.
Axar.az xəbər verir ki, hadisəni ətrafda olan təhlükəsizlik kameraları lentə alıb.
Olayı 3 nəfərin törətdiyi deyilir. Ölən və yaralanan olmayıb.
Polis araşdırmalara başlayıb.