3 Yanvar 2016 01:12
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Vila-Velya şəhərində fövqəladə vəziyyət elan olunub.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, buna böyük bir qaya parçasının qoparaq yaşayış məhəlləsindəki evlərin üstünə düşməsi səbəb olub.

Bəzi KİV-lərin məlumatına görə, qaya parçası yaşayış məskəni boyunca 80 metr irəlilədikdən sonra dayanıb. Hadisə nəticəsində 15 nəfər yaralanıb. 499 nəfər öz evini tərk etmək məcburiyyətində qalıb.

Sosial şəbəkələrdə olayın görüntüləri yayılıb. Teleqraf.com həmin görüntüləri təqdim edir.

Nihad


Müəllif: