8 İyun 2014 11:13
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Misirdə yeni seçilmiş prezident Əbdül Fəttah əl-Sissinin andiçmə mərasimi keçiriləcək.

Teleqraf.com bildirir ki, bu münasibətlə paytaxt Qahirədə təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb. General əl-Sissi Ali Konstitusiya Məhkəməsinin binasında and içəcək.

Əbdül Fəttah əl-Sissi ötən prezident seçkilərində səslərin 96,9%-ni qazanaraq qalib olmuşdu. General öz sələfi Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasında aparıcı rol oynamış, bundan sonra əhalinin böyük hissəsinin dəstəyini qazanmışdı./anspress/


Müəllif: