Suriya prezidenti Bəşər Əsəd Pasxa bayramı münasibətilə Şamda yaşayan xristianları təbrik edib.
Teleqraf.com xəbər verir ki, xristianların sıx yaşadığı Məlul qəsəbəsinə gələn ölkə başçısı xalqa müraciət edib. Əsəd Suriyada yenidən sülh və sabitliyin olması üçün əlindən gələni edəcəyinə söz verib.
Xatırladaq ki, Məlul qəsəbəsi uzun müddət müxalifət qüvvələrinin əlində olub. Suriya ordusunun havadan və qurudan təşkil etdiyi hücumlar sayəsində bölgə yenidən hökümətin nəzarətinə keçib.
Uğur