28 Yanvar 2016 12:53
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus qırıcısının vurulmasından sonra Rusiya Türkiyə-Suriya sərhədinə yaxın ərazilərdə də S-400 raketlərini yerləşdirməyə başlayıb.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, raketlər Türkmən dağında yerləşdirilib. Bundan başqa ruslar Qımam və 45 təpəyə dinləmə stansiyası quraşdırıb.

Türkiyəli ekspertlər Moskvanın bu addımını təhlükəli oyun olaraq qiymətləndiriblər. Məlumatlara görə, Rusiyanın əsas hədəfi S-400 hava hücumundan müdafiə sistemlərini bölgədəki Salma qəsəbəsinə yerləşdirməkdir.

Salma qəsəbəsindən şimalda xüsusi h’rbi zona yaratmağa çalışan Moskva Lazkiyədə rejim qüvvələri ilə birlikdə daimi yerləşməyə səy göstərir. Son iki ayda Əsəd qüvvələri rus qırıcıları ilə birlikdə 25 qəsəbəni terrorçulardan azad edib. Türkiyə mediasında yer alan xəbərlərdə bildirilib ki, hazırda bölgədə 1700 rus əsgəri yerləşdirilib.

Bu arada son 24 saatda Əsəd ordusunun Dəməşqin Şərqi Quta bölgəsində ciddi itkilərlə üzləşdiyi və geri çəkildiyi ilə bağlı xəbərlər yayılıb. Döyüşlərdə 100-dən çox rejim əsgəri həyatını itirib.

Samir


Müəllif: