1 Fevral 2016 11:51
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Suriyada İŞİD terror təşkilatı ilə mübarizəyə hərbi yardım etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İngiltərənin "Independent" qəzeti məlumat yayıb. Məlumatlara görə, Ukrayna bununla bağlı ABŞ-a müraciət etmək niyyətindədir: "Ukrayna mübarizədə iştirak üçün bir neçə variant hazırlayıb. Ukrayna Müdafiə Nazirliyinin təklifləri yaxın günlərdə Pentaqonun rəhbəri Eşton Karterə təqdim olunacaq".

Məsələ ilə bağlı Ukrayna tərəfi hələlik heç bir açıqlama verməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər