2 Fevral 2016 20:51
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İŞİD və Əfqanıstandakı vəziyyətlə bağlı Moskva və Vaşinqtonun yanaşmaları üst-üstə düşür".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Moskvadakı keçmiş səfiri Tomas Pikerinq deyib.

Onun sözlərinə görə, tərəflər ümumi çağırışların qarşısını almaq məqsədilə birgə əməkdaşlığa səy göstərməlidir: "Rusiyanın bir çox məsələlərdə iştirakı açar rolunu oyanır. Moskvanın danışıqlarda öz məqsədlərini güdməsinə baxmayaraq, onların səyləri nəticəsində İran tərəfi ilə razılıq əldə edilib. Əgər Rusiya və Amerika əməkdaşlıq etməsə, əlbəttə ki problemlərlə qarşılaşacağıq. Bundan başqa, bizin Əfqanıstandakı vəziyyətə və İŞİD ilə mübarizəyə yanaşmamız eynidir".

Samir


Müəllif:

Oxşar xəbərlər