Yaponiya ordusu döyüşə hazır vəziyyətə gətirilib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Yaponiya müdafiə naziri Qen Nakatani məlumat verib.
Onun sözlərinə görə, Yaponiya ordusu fevralın 8-dən 25-dək Şimali Koreyadan atılan istənilən raketi vuracaq: "Bu müddət uzadıla da bilər. Bununla bağlı əmr vermişəm. Gözlənilir ki, KXDR-in atdığı raket Yaponiyanın Sakisima arxipelağı üzərindən uçacaq".
Qeyd edək ki, dünən Pxenyan rəhbərliyi Beynəlxalq Dəniz təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqını fevralın 8-dən 25-dək raket sınağı həyata keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Samir