İtaliya xarici işlər naziri Paolo Centiloni və ABŞ dövlət katibi Con Kerrinin Romadakı mətbuat konfrasında xoşagəlməz hal yaşanıb.
Konfrasın sonunda jurnalistlərdən biri qışqıraraq, Kerri və Centilonini İŞİD terror təşkilatını yaratmaqda ittiham edib. Zaldakı təhlükəsizlik işçiləri dərhal qadını mühasirəyə alıb və zaldan çıxarıblar.
Qeyd edək ki, görüş zamanı hər iki ölkənin nümayəndələri 23 dövlət və Avropa Birliyinin iştirakı ilə İŞİD-ə qarşı mübarizə məsələlərinin müzakirəsi üçün bir araya gəlmək mövzusunda razılaşıblar.
Teleqraf.com mətbuat konfrasından çəkilmiş görüntüləri təqdim edir:
Elvin