Ər-Riyad hökuməti İŞİD terror təşkilatı ilə mübarizə üçün minlərlə xüsusi təyinatlısını Suriyaya göndərəcək.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "The Guardian" qəzeti məlumat yayıb.
Məlumatlara görə, səudiyyəli hərbçilər Suriyada quru əməliyyatlarında iştirak edəcək: "Güman olunur ki, bu, Türkiyə ilə razılaşdırılmış formada həyata keçiriləcək. Çünki hər iki dövlət Bəşər Əsəd rejiminə qarşıdır və Suriya böhranının Dəməşq hökuməti olmadan həllinin tərəfdarıdır. Səudiyyə Ərəbistanının son bəyanatları bu məlumatları təsdiq etməyə imkan verir".
Qeyd edək ki, Ər-Riyad hakimiyyəti son bəyanatında Suriyada quru əməliyyatlarının mümkünlüyünü rəsmən təsdiq edib.
Bu arada ABŞ-ın müdafiə naziri Eşton Karter Səudiyyə Ərəbistanının bu qərarını alqışlayıb: "Növbəti həftə Brüsseldə Səudiyyə və 25 ölkənin bütün qərarlarını müzakirə edəcəyik. Bu qərarı alqışlayır və səudiyyəli həmkarımla gələn həftə baş tutacaq görüşü səbirsizliklə gözləyirəm".
Samir