6 Fevral 2016 01:01
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Sakatekas ştatında ölkənin Silahlı Qüvvələrinə məxsus hərbi yük maşını aşıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 2 hərbçi ölüb, 22-si müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir.

İlkin məlumata əsasən, hadisə sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib. Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: