Türkiyənin "Sabah" qəzetinin saytı Azərbaycana qarşı sayğısızlıq edib.
Teleqraf.com xəbər verir ki, sayt Dünya Turizm Forumundan "Türkiyənin turizm təcrübəsindən faydalanırıq" xəbərini yayımlayıb.
Xəbərin fotosunda Türkiyə, Qana, Azərbaycan və Makedoniya mədəniyyət nazirlərinin, onların fonunda isə ölkələrin xəritələri təsvir edilib. Azərbaycanın xəritəsində Dağlıq Qarabağ bölgəsi əks olunmayıb. Bununla da sayt Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.
Samir