Acarıstanda daha bir nəfər H1N1 (donuz qripi) virusundan ölüb.
APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi xəbərə görə, qripə yoluxan 66 yaşlı kişi yanvarın 29-da müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib. Bundan sonra onun vəziyyəti pisləşib və ötən gün ölüb.
Acarıstanın İctimai Səhiyyə Mərkəzi bölgədə indiyədək H1N1 virusundan artıq 5 nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, Gürcüstan üzrə H1N1 virusundan bu ölüm halı da daxil olmaqla 11 nəfər dünyasını dəyişib.