10 Fevral 2016 11:43
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran gəmilərinin Səudiyyə Ərəbistanı və Bəhreyn sularına girişinə qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Röyter” agentliyi məlumat yayıb. Məlumatlara görə, son günlər İran gəmilərinin bu iki ölkənin sərhəd sularına girişinin qarşısı alınıb və onların hərəkəti məhdudlaşdırılıb.

İranlı ekspertlər isə bu addımın üç ölkə arasında münasibətlərə zərər verəcəyini iddia edib: "İran özünün ixrac etdiyi neftin həcmini artırmaq istəyir, lakin nüvə razılaşması çərçivəsində ötən ay onun bank və sığorta sektoruna qoyulan sanksiyaların ləğv olunmasına baxmayaraq, bu ölkə, maliyyə və sığorta sahələrində hələ də bir sıra maneələrlə üzləşir. İran gəmilərinə qarşı yeni qadağalar Tehranın Ər-Riyad və Manama ilə münasibətlərindəki mövcud gərginliyi daha da dərinləşdirə bilər".

Samir


Müəllif:

Oxşar xəbərlər