İsveç polisi Krallıq ərazisindəki problemli qəsəbələrdə təhlükəsizliyə təminat verə bilmir.
Bunu İsveç polisinin başçısı Dan Eliasson Hüquqşünaslar Cəmiyyətinin konfransındakı çıxışında bəyan edib.
O qeyd edib ki, 14 problemli rayon müəyyən edilib. Polis başçısı deyib: “Mən orada təhlükəsizliyə təminat verə bilmərəm. Bizim resurslarımız var, biz hərəkət edirik, lakin mən hər yerdə təhlükəsizliyə zəmanət verə bilmərəm. Amma bu rayonlarda vəziyyət xüsusilə gərgindir”.
Dan Eliasson onu da vurğulayıb ki, iri şəhərlərin, o cümlədən Stokholm, Höteborq və Malmenın ayrı-ayrı ətraf qəsəbələrində vəziyyət onu narahat edir. Onun sözlərinə görə, orada vəziyyət çox ciddidir. Dan Eliasson bildirib ki, bu yerlərdə cinayətkarlıq var və bu da vətəndaşların həyat şəraitinə güclü təsir edir.