14 Fevral 2016 08:51
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalidə fevralın 2-də Daolla hava yollarının təyyarəsinə təşkil olunan bombalı hücumu heç bir təşkilat öz üzərinə götürməmişdi.

Musavat.com Reuters agentliyinə istinadən xəbər verir ki, bu gün Al-Şabab terror təşkilatı hücumu öz üzərinə götürüb.

Məlumatda bildirilir ki, terror qruplaşması bu hücumu Qərbin Somalidəki kəşfiyyat əməliyyatlarının intiqamı olaraq törədildiyini qeyd edib.

Təşkilat onu da bildirib ki, hücumda əsas hədəf qərb agentləri ilə NATO-nun türk əsgərləri olub.
Qeyd edək ki, Daolla hava yollarına aid olan təyyarə havalanandan 5 dəqiqə sonra bolmbalı hücuma məruz qalmışdı.


Müəllif:

Oxşar xəbərlər