Suriya böhranı ilə bağlı Euronews kanalına açıqlama verən Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ-ı təhdid edib.
Avropa.info xəbər verir ki, ABŞ xarici işlər naziri Con Kerrinin "Suriyada quru əməliyyatına başlaya bilərik" açıqlamasına şərh verən Medvedev Birləşmiş Ştatlardan çəkinmədiklərini deyib.
"Kerri deyib ki, digər koalisiya tərəfdaşlarımızla quru əməliyyatlarına başlamağa hazırıq. Uzunmüddətli müharibə istəyirsə quru əməliyyatlarına başlaya bilər. Ancaq heç kimi qorxutmağa ehtiyac yoxdur. Mən bir daha təkrar edirəm, heç kim yeni bir döyüş istəmir. Ancaq quru əməliyyatı uzunmüddətli müharibə deməkdir. Bunu anlamaq lazımdır", -deyə Medvedev bildirib.