18 Fevral 2016 02:32
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasına fevral ayında rəhbərlik edən Venesuelanın BMT-dəki daimi nümayəndəsi Rafael Ramirez Karreno Türkiyə ilə bağlı yeni açıqlama verib.

Avropa.info xəbər verir ki, venesualalı diplomat bundan qabaq etmiş olduğu açıqlamasını düzəldərək, BMT TŞ-də Türkiyənin top atışları ilə bağlı bir qərar qəbul edilmədiyini bildirib.

Türkiyədən PYD-yə qarşı bombardmanı dayandırmağı tələb edən BMT TŞ yeni bir açıqlama ilə geri addım atıb.

Qeyd edək ki, Rafael Ramirez Karreno BMT TŞ-də Türkiyənin PYD mövqelərini atəşə tutması məsələsi ilə bağlı toplantının bitməsindən sonra verdiyi açıqlamada TŞ üzvlərinin hamısının Türkiyənin bu mövqeyindən narahat olduğunu və Türkiyəni beynəlxalq hüquqa uyğun hərəkət etməyə çağırmaq mövzusunda razılaşdığını müdafiə etmişdi.


Müəllif:

Oxşar xəbərlər