18 Fevral 2016 13:09
639

Türkiyənin Diyarbəkir-Bingöl magistral yolunda partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə hərbi karvanın magistral yolundan keçidi zamanı baş verib.

İlkin məlumata görə, partlayış zamanı 8 hərbçi həyatını itirib. Hadisənin PKK terrorçuları tərəfindən əvvəlcədən yola yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində baş verdiyi bildirilib.

Samir


Müəllif: