Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvünün səfirləri, Avropa Birliyi Türkiyə nümayəndə heyətinin rəhbəri və Avropa Birliyinin hazırki rəhbəri Hollandiya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ səfiri Con Bass, Almaniya səfiri Martin Erdman, Rusiya səfiri Andrey Karlov, İngiltərə səfiri Riçard Mor, Fransa səfiri Çarles Frays, Çin səfiri Yu Hong Yang, Hollandiya səfiri Kornelis Van Rij və AB-nin Türkiyə nümayəndə heyətinin rəhbəri Hansjörq Haber Türkiyə XİN-in aparat rəhbəri Feridun Sinirlioğlu tərəfindən qəbul edilib.
Sinirlioğlu səfirləri Ankarada baş verən terror aktı ilə bağlı məlumatlandırıb.
Samir