"İran rejimi dürüst və sadiq insanlardan məhrumdur. İran İslam Respublikasını da Sovet İttifaqının aqibəti gözləyir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İranın Şəhid Behişti Universitetinin eksperti Səid Leylaz deyib. Onun sözlərinə görə, İran hakimiyyəti mövcud problemləri həll etmək məsələsində bacarıqsızdır:
"İqtisadi problemlər sanksiyalardan deyil, yanlış idarəetmə və qanun pozuntularından qaynaqlanır. Son bir neçə ildə baş verənlər bu qənaətə gəlməyə səbəb olub. Mən də bir çox iranlılar kimi dövlət qurumlarının ölkənin milyonlarla dollar neft gəlirini oğurladığını düşünürəm. Son 10 ildə 300-400 milyard dollar aradan çıxarılıb. Bu, açıq formada görünür. İranda iqtisadiyyat sahəsində təcrübəli şəxslər vəzifəsindən uzaqlaşdırılır. Onlar yenidən vəzifələrinə qaytarılmalıdır. Belə şəxslər olmadan ölkəni idarə etmək mümkün olmayacaq".
Samir