Liviyanın şərqində Benqazi şəhərində hökumət qüvvələri ilə silahlılar arasında baş verən toqquşmada azı 12 nəfər ölüb, 17 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, ölən və yaralıların hökumət qüvvələrinə, silahlılara və ya yerli sakinlərə aid olduğu aydınlaşdırılır.
Qeyd edilir ki, 2011-ci ildə Qəddafi öldürüldükdən sonra ölkədə hərc- mərclik davam edir.