Rusiya yenidən Suriyada dinc əhalini bombalayıb.
Oxu.az-ın verdiyi məlumata əsasən, Rusiyanın döyüş təyyarələrinin Hələb əyalətində yerləşən xəstəxananın bombalanması nəticəsində 9 dinc sakin ölüb, daha 23 nəfər yaralanıb.
Bildirilir ki, Rusiya təyyarələri fevralın 24-də günortadan sonra Türkiyənin Hatay əyalətinin Reyhanlı bölgəsindəki Cilvəgözü sərhəd məntəqəsindən 35 km aralı Suriyanın Hələb əyalətinin əl-Eterip qəsəbəsindəki sağlamlıq mərkəzini bombalayıb.
Sakinlər bombalanmış binanın altında qalan yaralı və ölüləri çıxarıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.