27 Fevral 2016 12:42
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada dələduzluq edən azərbaycanlı dəstə tutulub. Azərbaycanlılardan ibarət dəstə əsasən paytaxt Moskva ərazisində dələduzluq, soyğunçuluq ediblər.

Onları Krasnoqorsk sakini olan qadının polisə müraciətindən sonra yaxalamaq mümkün olub. Qadın iş adamı olan ərinə hücum edildiyini bildirib. Qadının sözlərinə görə, naməlum şəxslər silahla hədələyərək 39 yaşlı iş adamını oğurlayıblar və Mıtişinski rayonuna aparıblar. Orada iş adamının "Porsche Cayenne" maşınını, eləcə də üzərində olan 150 min rubl pulunu əlindən alıblar. Adı açıqlanmayan kişini ancaq girov kimi tələb edilən pulun geri qalan qismini verməyə razılaşdıqdan sonra buraxıblar.

Polisə müraciətdən sonra cinayət işi açılıb və əməliyyat başlanılıb. Nəticədə 4 dəstə üzvünü yaxalamaq mümkün olub. Onlardan üçü 28-39 yaşlı azərbaycanlı olub. Bəlli olub ki, son zamanlar adı açıqlanmayan azərbaycanlılar Naberejnıy Çelyı şəhərində yaşayıb, mütəzəm olaraq Moskva şəhərinə və Moskva vilayətinə "iş" dalınca gəliblər. //anspress


Müəllif: