28 Fevral 2016 20:14
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağdad ətrafında şiələrin yaşadığı Mədinət-əs-Sədr məhəlləsində baş verən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə İraq xəbərlər agentliyi məlumat yayıb. Təklükəsizlik orqanlarındakı mənbə bildirib ki, terror aktı nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb. 62 nəfər isə yaralanıb. Bundan əvvəl 24 nəfərin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, İŞİD Mədinət-əs-Sədrdə eyni gündə iki partlayış törədib.

Nihad


Müəllif:

Oxşar xəbərlər