Bağdadın şərqində baş verən iki terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, 100 nəfərdən artıq insanın isə yaralandığı bildirilir. Bu barədə polis və yaralıların gətirildiyi xəstəxanadan Röyterə bildiriblər.
Bundan öncə terror aktı nəticəsində 28 nəfərinöldüyü, 62 nəfərin yaralandığı bildirilmişdi.
Qeyd edəkki, Bağdad ətrafında şiələrin yaşadığı Mədinət-əs-Sədr məhəlləsində baş verən iki terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Nihad