Somalidə iki terror aktı nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, yaralananların sayı isə 70 nəfərdir. Bu barədə məlumatı öz mənbələrinə istinadən CNN telekanalı yayıb.
Bundan əvvəl 21 nəfərin öldüyü açıqlanmışdı.
Dünən iki terrorçu-kamikadze Somalinin cənub-qərbindəki Baydabo şəhərində restoran və aptekin yaxınlığındakı avtomobillərə bərkidilmiş partlayıcını işə salıblar. Hadisə zamanı orada xeyli insan olub. Terror aktına görə məsuliyyəti "Əş-Şəbab" qruplaşması öz üzərinə götürüb.
Nihad