Rusiyaya məxsus döyüş təyyarələri Suriyada hava hücumları həyata keçirib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, döyüş təyyarələrinin əsas hədəfi Ən-Nusra Cəbhəsi terrorçularının Hələbdəki mövqeləri olub.
Əməliyyat zamanı çox sayda terrorçu öldürülüb. Bu arada yayılan məlumatlara görə, Rusiyanın Suriyadakı Xmeymim hərbi bazasına 50 ton humanitar yardım çatdırılıb: "Gətirilən yardım paketləri Dməşqin Maalyulya və Əl-Hüseyniyə bölgələrinə çatıdırılacaq".
Elvin