"Avropa Birliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini uzatmaq niyyətindədir".
Teleqraf.com xəbər verir ki, bununla bağlı "The Wall Street" jurnalı məlumat yayıb. Qəzetin məlumatına görə, 149 fiziki və37 hüquqi şəxsə qarşı irəli sürülən qadağaların müddəti bu ilin martında bitməlidir:
"2014-cü ildə Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı tətbi ediln sanksiyalarla bağlı son qərar 2016-cı ilin martın 15-də veriləcək. Bu məsələ Avropa Birliyinə üzv ölkələrin yüksək rütbəli nümayəndələri arasında artıq müzakirə edilib və onlar sanksiyalar müddətinin daha 6 ay uzadılmasına qərar veriblər. Sonuncu dəfə sanksiyalar ötən ilin sentyabrında yarım il müddətinə uzadılmışdı".
Nəşrin iddialarına görə, AB Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə birgə korrupsiyada adı hallanan 16-17 simanın mal varlığını daha bir müddətinə donduracaq.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obaam martın 3-də Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar qəbul edib.
Samir