13 Mart 2016 10:53
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Binyamin Netanyahu balistik raketi sınaqdan keçirən İrana cəza verilməsi təklifilə çıxış edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu Xarici İşlər Nazirliyinə 5+1 ölkələrinin tələblərini pozan İrana cəza verilməsi üçün sənəd hazırlanması təlimatını verib.

Təlimatda İranın nüvə razılaşmasının şərtlərinə əməl edilmədiyi və bu üzdən əldə olunan qərarın ləğvinin vacibliyi vurğulanır.

İran bu həftə İsrailə əzələ nümayişi olaraq balistik raketi sınaqdan keçirib. ABŞ məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcəyini bəyan edib.


Müəllif:

Oxşar xəbərlər