Suriyada Əsəd ordusu ilə müxaliflər arasında müharibə davam edir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, rejimin ordusu Lazkiyə rayonunda Türkməndağı və Cəbəl Ekrada kəndləri istiqamətlərində hücuma keçmək istəsələr də, geri otuzdurulublar.
Ağır keçən döyüşdə Əsəd ordusu xeyli sayda canlı və texniki itkilərə məruz qalıb. Rejimin ordusu döyüşdə ağır artilleriyadan istifadə edib.