16 Mart 2016 16:14
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinoviski Mixail Qorbaçovdan Dağlıq Qarabağa görə cavab verməyi tələb edib.


Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, V.Jirinoviskinin partiyası M.Qorbaçovun siyasi cinayətkar kimi tanınması üçün Dövlət Dumasına qanun layihəsi təqdim edib.

V.Jirinoviski hesab edir ki, Dumadakı Kommunist partiyası fraksiyası da bu təklifi dəstəkləyəcək.

“Lakin sonda qərarı parlamentdəki çoxluq verəcək”, - deyə o düşünür.

Qeyd edək ki, qanun layihəsi qəbul olunarsa, M. Qorbaçov bir çox məsələlərlə bağlı, həmçinin, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına yaratdığı şərait üçün cavab verməli olacaq.

Rusiyalı analitik Aleksey Volodin hesab edir ki, Rusiyada on milyonlarla insan bu təşəbbüsü dəstəkləyə bilər.

O, hazırda keçmiş SSRİ-nin ərazisində bir çox münaqişələrin alovlandığını da qeyd edir.

“Bizim gözümüzün önündə Donetsk alovlanır, Dağlıq Qarabağ ətrafında vəziyyət sakitləşmir. Şimali Qafqazda terror əjdahası fəallığını artırır”, - deyə o vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər