17 Mart 2016 08:52
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Sinqapur üçüncü ildir ki, yaşayış üçün ən bahalı şəhər olaraq qalır. Bu, Britaniyanın “The Economist” jurnalının “Economist Intelligence Unit” analitik bölməsi tərəfindən aparılan tədqiqat nəticəsində müəyyənləşib.

Ötən il 2 pillə irəliləyərək ikinci mövqedə qərarlaşan Sürix və 7 pillə irəliləyərək üçüncü yeri tutan Honkonq demək olar ki, Sinqapura çatmaq üzrədir. İlk beşliyə, həmçinin Cenevrə və Paris də daxildir.

London, Nyu-York və Los-Anceles reytinqdə Sidney, Melburn və Oslonu ilk onluqdan çıxararaq müvafiq olaraq 6, 7 və 8-ci yerləri bölüşür. İlk onluğu Seul və Kopenhagen tamamlayır.

“Economist Intelligence Unit” ildə iki dəfə dünyanın 133 şəhərində yaşayiş xərcinin indeksini hesablayır. Bu zaman ekspertlər 160-dan çox məhsul və xidmətin qiymətini nəzərdən keçirir.

Dünyanın bir çox bölgəsində inflyasiyanın zəifləməsinə baxmayaraq, keçən il valyuta məzənnələrinin nəzərə çarpacaq dərəcədə dəyişməsi ilə fərqlənib. Nəticədə 133 ölkədən yalnız 8-i reytinqdə öz mövqeyini qorumağa müvəffəq olub.


Müəllif:

Oxşar xəbərlər