Əfqanıstanın Helmand bölgəsində ABŞ-ın hərbi helikopteri vurulub.
Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan İslam Əmirliyinin saytı məlumat yayıb.
Məlumata görə, Şaval Manda ərazisində eniş edən helikopterdən düşən hərbçilər kəndlilərə işgəncə verməyə başlayıb.
Bundan sonra havaya qalxan helikopter İslam Əmirliyi qruplaşması tərəfindən Helmand bölgəsində vurulub.
Helikopterdə olan hərbçilərin hamısının həlak olduğu vurğulanıb.
Lakin ABŞ tərəfi helikopterin vurulduğunu təsdiqləsə də, itkilərin olmadığını açıqlayıb.
Digər məlumata görə, helikopter texniki nasazlıq səbəbindən məcburi eniş edib.