İran Xarici İşlər Nazirliyi ABŞ-ın yeddi iranlıya qarşı ittihamlarına cavab verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin sözçüsü Hüseyn Cabir Ensari bildirib ki, ABŞ heç bir əsas olmadan başqa ölkənin vətəndaşını həbs etmək səlahiyyətində deyil: "İran heç vaxt kiber hücumlarda maraqlı olmayıb. Çünki özümüz bundan əziyyət çəkmişik. Biz ABŞ-a internet deyil, digər real vasitələrlə hücum etmək gücünə malikik, amma bu gücümüzdən istifadə etmirik".
Qeyd edək ki, ABŞ Prokurorluğu kibercinayətkarlıqda ittiham olunan 7 İran vətəndaşını həbs edib.
Ayxan