29 Mart 2016 17:38
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Devid Kemeronun Pasxa tətilindən sonra Londonda qəbul edilməməsi üçün başladılan imza kampaniyasına 27 min 938 nəfər qoşulub.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazirin tətilini İngiltərədə deyil, başqa ölkədə keçirməsinə etiraz edən təşəbbüskarlar artıq Change.org saytında başladıqları imza kampaniyasında “David Kemeron ölkəsinin qısa, orta və uzun vədəli maraqları üçün təhdid doğurur. Birləşmiş Krallıq Kemeronun Lanzarotedəki tətilinin ardınca ölkəyə qayıtmasına izin verməməlidir” ifadəsinin yer aldığı müraciət yayıblar.

İngiltərənin daxili işlər naziri Theresa Maye bildirib ki, Kemeronun ölkəyə daxil olmaması üçün çağırış edən mətbuat nümayəndələri və sabiq səhiyyə mütəxəssisi Kerry-Anne Mendoza tərəfindən həyata keçirilən kampaniyaya indiyə qədər 28 minə yaxın insan qoşulub.

Qeyd edək ki, Devid Kemeron bir müddət əvvəl verdiyi açıqlamada vətəndaşlara məsləhət görmüşdü ki, Pasxa tətilini seldən əziyyət çəkən ölkənin cənubunda keşirsinlər.

Liberal Demokrat Partiyasının lideri Tim Farron bəyan edib ki, Devid Kemeron bir müddət əvvəl verdiyi açıqlamasını özü nəzərə almayaraq Paxsa tətilini İspaniyada keçirib.

Əhməd


Müəllif:

Oxşar xəbərlər