29 Mart 2016 21:18
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) İsveçrədə qəza ilə bağlı istintaq sirrini yayan jurnalisti haqsız çıxardı.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Arnaud Bedat qəzadan sonra prokurorluq və polis arasında aparılan gizli danışıqları yaydığı üçün İsveçrə hökumətinin iddiası əsasında məhkəmə tərəfindən 1 ay azadlıqdan məhrum edilib.

Jurnalist həbsini Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi olan ifadə azdlığının pozulması hesabına başa gəldiyini iddia edib və yuxarı instansiyalara şikayət ünvanlayıb.

Nəhayət, AİHM işə baxaraq jurnalistin istintaq sirrini yaydığını və təqsirsizlik prizumsiyasını pozduğunu təsdiqləyib.

Jurnalist 15 oktyabr 2003-cü ildə "Lozan Köprüsü Faciəsi" başlıqlı yazıda motoskletçinin 3 nəfərin ölümünə, 8 nəfərin yaralanmasına səbəb olan M.B haqqında məlumatlar dərc edib. Xəbərdə təqsirkarın ifadələri və istintaqın ittihamlarının detalları açıqlanıb. Buna görə də, Arnaud Bedat 2005-ci ildə 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər